Yeni ildə qiymət artımı: Siqaret bahalaşdıbackend

Yeni ildə qiymət artımı: Siqaret bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bütün növ siqaret markaları bahalaşıb.

NOCOMMENT.az xəbər verir ki, qiymət artımı bu gün qüvvəyə minib.

Məhsulun topdan alış-satışı ilə məşğul olan sahibkar bahalaşmanın səbəbini açıqlamayıblar.

Hazırda bütün tütün məhsulları 10-20 qəpik baha satılır.

Xatırladaq ki, son bahalaşma ötən ilin martında qeydə alınmışdı. O zaman tütün məhsullarının qiyməti 20 qəpik artmışdı.

Ümumən digər əsas gündəlik tələbat malları kimi siqaret qiymətlərində ilbəil artım qeydə alınıb.

Siqaretlə yanaşı, unun da qiymətində artım müşahidə olunub. 1 kisə un hazırda 40 manatdır.