ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstana Rusiya ilə bağlı xəbərdarlıq edib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Blinken rusların girdikləri yerdən çətin çıxdıqlarını deyib.
O, Qazaxıstanın ölkədəki iğtişaşları yatırmaq üçün xarici qoşun dəvət etməsindən sonra Rusiyanın buradakı təsirini azaltmağın çətin olacağını söyləyib: “Yaxın tarixdən bir dərs də budur ki, ruslar evinizə girdikdən sonra onları oradan çıxarmaq bəzən çox çətin olur”.