“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının (TKQ) rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə MMC-dən bildirilib.
Qeyd edilib ki, hazırda audit planına uyğun olaraq “Aztelekom” MMC-nin Daxili audit departamenti tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.