Gürcüstanda ikinci zəlzələ oldubackend

Gürcüstanda ikinci zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 24-də Gürcüstanın cənubunda, Dmanisi rayonunun Yırğançay kəndi yaxınlığında zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar saat 18:46-da, 3,8 bal gücündə olub.

Qeyd edək ki, martın 23-də saat 21:10-da Dmanisi rayonunun Sameba kəndi yaxınlığında da 4 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.