Almaniyada PCR testləri müsbət çıxanlara tətbiq edilən karantin öhdəliyi mayın 1-dən etibarən qaldırılacaq.
NOCOMMENT.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Almaniyanın Səhiyyə naziri Karl Lauterbax keçirdiyi mətbuat konfransında səlahiyyətlilərin karantin tətbiqində yeni bir tənzimləmə etmək üçün razılaşdıqlarını söyləyib.
Nazir mayın 1-dən etibarən koronavirusa yoluxanların və onlarla təmasda olan şəxslərin karantininin “könüllülük əsasında” olacağını qeyd edib.