Separatçıların quyruğu qapı arxasında qalıbbackend

Separatçıların quyruğu qapı arxasında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün ölkəsinin Milli Məclisindəki məlum çıxışından sonra vəlvələyə düşən Araik Arutyunyan Moskvaya pənah aparacaq. Moskva görəsən, Araikin timsah gözyaşlarına inanacaq?

Maraqlıdır ki, son Brüssel görüşündən sonra biz Paşinyanı ilk dəfədir ki, bu qədər adekvat görürük. Qarabağ barəsində onun səsləndirdiyi fikirlər isə görünür, separatçılara yaman od vurub. Qondarma rejimin “dövlət naziri” Artak Beqlaryanın ötəngünkü açıqlaması isə quyruğu qapı arasında sıxışan separatçıların nə qədər çətin vəziyyətdə olduğunun göstəricisidir.

Metostaza verən “Artsax”

Paşinyanın çıxışında bir məqama diqqət yetirsək görərik ki, Baş nazir başda olmaqla onun komandası Qarabağ münaqişəsinin həlli prinsiplərinin uzadılmasında bir başa olaraq 1998-2018-ci illərdə hakimiyyətdə olan “Qarabağ klanı”nı – Sarkisyan-Köçəryan cütlüyünü günahkar bilir. Hətta dünən hakim “Vətəndaş müqaviləsi”nin üzvü, deputat Vigen Xaçatryan artıq acı reallıqları dərk edərək “prezident Levon Ter-Petrosyanın dövründə ortaya atılan “Qarabağın Azərbaycan tərkibində gələcəyi yoxdur” ideyasının bu gün biz yanlış olduğunu görürük” ifadəsini işlədib. Görünür, böyük qardaş (Ermənistan) illərdir onlara xərçəng şişi olan, hətta metostaza verməyə başlayan “Artsax”dan artıq vaz keçmək niyyətindədir.

Paşinyanın son kartı

Qayıdaq separatçılara. Araik Arutyunyandan tutmuş, Vitali Balasanyana qədər, o cümlədən Artak Beqlaryandan tutmuş, David Babayana qədər bu saat Azərbaycan torpaqlarında ölü “dövlətlərini” yaşatmağa çalışanlar indi İrəvandan yox, Moskvadan mədət umurlar. Sağı-solu Azərbaycan hərbçiləriylə əhatələnmiş, yarım blokada şəraitində öz “varlığını” sürdüməyə çalışan bu qurumun əlbəttə ki, sonu yoxdur. Əvvəl-axır Azərbaycanla hesablaşmalı olduqlarını bilən Qarabağ erməniləri nədənsə, bu reallıqlardan, ya da onların təbirincə desək, bu qorxu ilə üzləşməkdən çəkinirlər.

İndi gözlər Ermənistanın Baş naziri Nikol Paşinyandadır. Erməni cəmiyyətini yeni bir eraya hazırlamağa çalışan bu şəxs bütün məsuliyyəti də öz üzərinə götürüb. Ermənini isə ağıllandırmaq, ona reallıqları çatdırmaq boş divara danışmaq kimidir.

Görəsən, Paşinyanın bu məsələdəki son kartı nə olacaq?

Rafi MÜSLÜMOV