“WhatsApp” messencerinin tərtibatçıları oxşar maraqları olan qrupları bir araya gətirmək planlarını açıqlayıblar.
NOCOMMENT.az xəbər verir ki, “WhatsApp” birliyi, əslində, qruplar toplusudur. İstifadəçilər icmalar yarada və eyni zamanda, icma adminləri daxildəki qrupları idarə edə və bütün qruplara mesaj göndərə bilər. Bu qrupla əlaqəli fərdi söhbətlər orada davam edə bilər.
Birliklər uçdan-uca şifrələməni dəstəkləyəcək. “WhatsApp” digər ani mesajlaşma proqramlarında olan yeni icmaları axtarmaq və kəşf etmək imkanı əlavə etməyəcək.
Tərtibatçılar birlik qruplarında dezinformasiyanın yayılmasını azaltmaq üçün mesajların ötürülməsi imkanlarını məhdudlaşdıracaqlar.
Yeni funksiya bu həftə bütün dünyada az sayda sınaqçı üçün əlçatan olacaq. Daha sonra “WhatsApp” birlikləri hər kəs üçün əlçatan olacaq.