Mingəçevirdə 19 yaşlı gənc su kanlında boğulub.
Hadisə Yuxarı Qarabağ kanalının Mingçevirdən keçən hissəsində baş verib.
NOCOMMENT.az yeniavaz-a istinadən xəbər verir ki, Allahverdi Əhmədovun axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Bədbəxt hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Allahverdi 2 gün əvvəl axşam saatlarında evdən çıxıb geri qayıtmayıb. 6 aylıq əsgəri xidmətdə olan gənc 10 günlük evə məzuniyyətə gəlib.