Odessada yaşayış binasına raket zərbəsi endirilib, ölənlər var – VİDEObackend

Odessada yaşayış binasına raket zərbəsi endirilib, ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Odessada yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində ən az 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

NOCOMMENT.az -ın BBC-yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak “Telegram” kanalındakı paylaşımında bildirib. O, qeyd edib ki, ölənlərdən biri 3 aylıq körpədir. Raketin düşdüyü binada daha sonra yanğın baş verdiyi bildirilib.

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabındakı paylaşımında hadisəni terror adlandırıb və Rusiyanın terroru dəstəkləyən ölkə elan edilərək lazımi tədbirlərin görülməsinə çağırıb.

Qeyd edək ki, Ukrayna mediası Odessaya ən az 4 raket zərbəsinin endirilməsi barəsində məlumat yayıb.

APA