Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, yanğından sonra şiddətli partlayışlar baş verib.
Nəticədə 3 işçi həlak olub, daha 9 nəfər isə yaralanıb. Partlayış nəticəsində ətrafa beton parçaları səpilib, ətrafdakı bəzi maşın və evlərə zərər dəyib.