Putin “Azovstal” zavodunu və Mariupolu ona görə məhv edir ki, onlar təcavüzkara təslim olmadılar və bütün Ukrayna üçün mübarizə simvoluna çevrildilər.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ukraynanın polad və mədən sənayesi üzrə ixtisaslaşmış “Metinvest” şirkətləri qrupunun rəhbəri Yuri Rıjenkov deyib.
“Düşünürəm ki, Putinə “Azovstal” lazımdır. Bu, simvolla mübarizədir. Onlar şəhəri işğal etmək istəyirdilər. Heç vaxt düşünməzdilər ki, Mariupol müqavimət göstərəcək”, – deyə Rıjenkov bildirib.
axar.az