Putin Hitler və Stalindən daha təhlükəlidirbackend

Putin Hitler və Stalindən daha təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Mateuş Moravetski Rusiya Prezidenti Vladimir Putini “Adolf Hitler və İosif Stalindən daha təhlükəli” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, o, “Daily Telegraph” qəzetinə müsahibəsində Vladimir Putinin “dəhşətli ideologiyası” ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib:

“Putin nə Hitler, nə də Stalindir. Təəssüf ki, o, daha təhlükəlidir. Putinin ixtiyarında nəinki ölümcül silahlar var, həm də təbliğatını aparmaq üçün medianı ixtiyarında saxlayır. Ukraynaya hərbi dəstəkdən daha çox şey edin. Putinin ideologiyası bütün Avropa üçün ölümcül təhlükədir. Ukraynanı Putinin təsirindən dərhal xilas etmək lazımdır”.