Xarkov metrosu bu tarixdən yenidən fəaliyyətə başlayacaqbackend

Xarkov metrosu bu tarixdən yenidən fəaliyyətə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov metrosu gələn həftə, mayın 24-dən sərnişindaşımalarını bərpa edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat verib.

Onun sözlərinə görə, şəhər rəhbərliyi metro rəhbərliyi, hərbçilər və hüquq-mühafizə orqanları ilə birlikdə sərnişinlərin təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcək.

“Artıq gecikdirə bilmərik – metronu işə salmalıyıq. Mənim vəzifəm şəhəri nəqliyyatla təmin etmək və iqtisadiyyatı yenidən başlamaqdır. İnsanlar işə getməlidir. Vergilər, pensiyalar, maaşlar və nəhayət, yeni mikrorayonların tikintisi… “, – Terekhov vurğulayıb.

Mer Rusiya ordusunun şəhərdəki mənzil fondunun 30%-ni məhv etdiyini də bildirib. O qeyd edib ki, bundan dərs alınacaq: yeni binalar, məktəblər, uşaq bağçaları tikəndə mütləq bomba sığınacaqları nəzərdə tutulacaq.