Bayden polis sistemində islahatlara BAŞLADIbackend

Bayden polis sistemində islahatlara BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden mayın 25-də polis sistemində islahatlarla bağlı sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənədin imzalanması həbs edilən zaman öldürülən afroamerikalı Corc Floydun ölümünün ildönümünə təsadüf edib.

Qeyd edək ki, iki il əvvəl Floydun öldürülməsi ABŞ-da kütləvi iğtişaşlara və talanlara səbəb olmuşdu.

Yeni qərar polisin fəaliyyətini daha sərt tənzimlənmək və polis sistemində hər hansı irq və millətin nümayəndələrinə qarşı qərəzli münasibətin təzahürlərini aradan qaldırmaq məqsədi daşıyır.

Bayden yeni sərəncamım polisin öz hərəkətlərinə görə daha məsuliyyətli olacağını və əhalinin hüquq-mühafizə orqanlarına inamını artıracağını düşünür.

Qeyd olunur ki, yeni sərəncam polisin fəaliyyətində və daha geniş mənada cinayət mühakiməsi sistemində hesabatlılıq və şəffaflığa, bərabərlik prinsiplərinə, hörmətə, vətəndaşların hüquq və ləyaqətinin qorunmasına kömək edəcək.

Məlumatda vurğulanır ki, polisin qanun pozuntusu ilə bağlı milli məlumat bazasının yaradılması da nəzərdə tutulub.
modern