Ukraynada Fransanın BFM televiziyasının əməkdaşı Frederik Leklerk-İmhof həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat yayıb.
O bildirib ki, jurnalist müharibə reallıqlarını göstərmək üçün Ukraynada idi.
“O, rusların bombardmanından qaçmaq üçün humanitar avtobusda mülki əhali ilə birgə olsa da, ölümcül zərbədən qaça bilmədi” – deyə Makron vurğulayıb.
Jurnalist Ukraynanın Severodvinsk şəhəri yaxınlığında həlak olub