Xəbər verdiyimiz kimi, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında güləşçimiz Ağanəzər Novruzov bürünc medal uğrunda erməni Razmik Yepremyana qalib gəlib.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşma olduqca dramatik keçib.
Əvvəlcə, Azərbaycan idmançısı 4:0 hesablı üstünlük qazanıb. Daha sonra erməni güləşçi 5 xal qazanaraq önə keçib. Görüşün bitməsinə saniyələr qalmış Novruzov 2 xallıq fəndlə qalib gəlib.
Həmin dramatik qarşılaşmanın videosunu təqdim edirik.