Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsində hərbçiləri daşıyan “KamAZ” markalı avtomobil qəzaya düşüb.
NOCOMMENT.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində bir erməni hərbçi ölüb, dördü yaralanıb.
Qəza İrəvan-Mehri yolunda baş verib. Belə ki, yolda “Mercedes” markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” toqquşub.