Ramin Hacılının vəsatəti təmin edilmədibackend

Ramin Hacılının vəsatəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq məhkəmənin təxirə salınmasını tələb edib.

O bildirib ki, artıq 5 gündür aclıq aksiyası edir və buna görə də özünü yaxşı hiss etmir.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmdə ifadə verən şahidlər Kamran Abbaszadə, Fərman Həsənov və Kənan Tağıyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.

Onların sözlərinə görə, onlar “Şengen” vizası almaq üçün 250 manatdan 2 min 500 manata qədər pul veriblər:

“Ramin Hacılı verdiyi vədi yerinə yetirib. Ondan heç bir tələbimiz yoxdur”.

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.