DİN-dən aksiya xəbərdarlığı: Qarşısı alınacaqbackend

DİN-dən aksiya xəbərdarlığı: Qarşısı alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-dən NOCOMMENT-ə verilən məlumata görə, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.

Qeyd edilib ki, ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaq: “Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək”.