Bakının Yeni Günəşli qəsəbəsində yanğın başlayıb.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın çoxmərtəbəli yaşayış binalarından birində baş verib.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.