2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 3 pillə irəliləyib və 33,64 mb/s sürətlə 58-ci pillədə qərarlaşıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə “Speedtest Global İndex” məlumat yayıb.
Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 mb/s olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (213,73 mb/s), sonuncu yerdə isə Kuba (1,84 mb/s) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126,96 mb/s sürətlə birinci, Kuba isə 4,49 mb/s sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.