backend

Zelenski Tokayevlə danışdı: İstanbul sazişi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Qazaxıstan lideri Qasım-Jomart Tokayevlə telefon əlaqəsi saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, Tokayevin mətbuat xidməti yayıb.

Tərəflər telefon danışığı zamanı ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.

Bundan başqa, Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib.

Qazaxıstan lideri eyni zamanda, ölkəsinin Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.

manşet.az