Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edibbackend

Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, o, bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşündə bildirib.

“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə, bu hələ başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, – deyə o əlavə edib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın şərtlərə uyğun olaraq terrorçuları qaytarmayacağı təqdirdə onların NATO-ya üzvlüyünə veto qoyula biləcəyini söyləyib.