Aztelekom-dan qiymət artımına SƏRT CAVABbackend

Aztelekom-dan qiymət artımına SƏRT CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baktelecom” şirkəti internet tariflərini 10 manatdan 17 manata qaldırıb. Artıq abunəçilər xəbərdarlıq edilmədən qiymətin 70 faiz artırılmasından narazılıqlarını bildiriblər.

NOCOMMENT xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Aztelekom MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva axar.az-a açıqlamasında abunəçilərə əvvəlcədən xəbərdarlıq edildiyini deyib.

Onun sözlərinə görə, 6 iyul 2022-ci il tarixində həm“Aztelekom”, həm də “Baktelecom”un rəsmi səhifəsində qiymət artımı ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıq olunmayıb – ifadəsinin bizə aidiyyəti yoxdur. Çünki biz artıq 1 ay əvvəldən xəbərdarlıq etmişik. Ola bilər sadəcə səhifəyə fikir verməyiblər”.