WhatsApp-dan istifadəçiləri sevindirəcək möhtəşəm YENİLİKbackend

WhatsApp-dan istifadəçiləri sevindirəcək möhtəşəm YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” mesencerində yeni funksiya işə salınacaq.

NOCOMMENT.az-ın məlumatına görə, bu yenilik istifadəçilərə çatlarda tarix üzrə axtarış imkanı verəcək. Hazırda mesencerdə axtarış funksiyası var, ancaq istifadəçilər müəyyən tarixdə aldıqları, yaxud göndərdikləri postu tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə salınandan sonra istifadəçilər lazımi tarixi seçməklə ismarışı tapa biləcəklər. Bunun üçün onlar çatda axtarış rejimində təqvim işarəsinə vurmalıdırlar.

Hazırda funksiya alfa-test mərhələsindədir, geniş ictimaiyyətə təqdim olunacağı vaxt açıqlanmayıb.

Yeniliyin həm iOS, həm də Android qurğularında eyni anda işə düşəcəyi ehtimal edilir.