İctimai fəal Bəxtiyar Hacıyevin saxlanıldığı iddia edilir.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər məlumat yayıb.
“İctimai fəal Bəxtiyar Hacıyev bir neçə dəqiqə əvvəl saxlanılıb. Onun hara aparıldığı məlum deyil”, – deyə o bildirib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev öz feysbuk səhifəsində canlı yayım açmaq istəyib, lakin naməlum şəxslər tərəfindən bunun qarşısı alınıb. Belə ki, canlı yayım açılan zaman, görüntü itib və yayım B.Hacıyevin – “Burax, deyirəm”, – sözləri ilə sona çatıb.