Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq istəyirbackend

Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün ictimai fəal Bəxtiyar Hacıyevin saxlanılması xəbərləri yayılıb. Daha sonra B.Hacıyev feysbuk profilində sərbəst buraxılması barədə paylaşım edib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, B.Hacıyev sərbəst buraxıldıqdan sonra jurnalistlərə açıqlamalar verib.

Açıqlamasının sonunda o, Azərbaycan vətəndaşlığından çıxmaq istədiyini bildirib: “Mən özümü elə hiss edirəm ki, doğrudan da, bu ölkədə vətəndaş kimi qalmağa ehtiyac var, yoxsa yox?! Mən fikirləşirəm ki, bir ərizə yazım, gedim Azərbaycan vətəndaşlığından imtina ilə bağlı Prezident Administrasiyasına müraciət edim. Eyni zamanda Koreya Xalq Demokratik Respublikasının vətəndaşlığını almaq üçün müraciət etmək fikrim var. Bir ölkədə ki, cinayətkarlıqla mübarizə aparmalı olan qurum özünü cinayətkar kimi aparır, vətəndaşı oğurlayır…

Vətəndaşı çağırmaq olar, mən cinayət törətməmişəm, törətməkdə şübhəli deyiləm, məni niyə qolumu burub şəhərin mərkəzindən oğurlayıb aparmalıdırlar?!”

Bu məqsədlə jurnalistlərlə birgə Prezident Administrasiyasına yollanan B.Hacıyevi polis əməkdaşları qarşılayıb və inzibati binada qəbul olmadığını bildiriblər.

Daha sonra isə B.Hacıyev növbəti gün (yəni bu gün) ərizəsini Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə təqdim edəcəyini açıqlayıb.