Duqindən qızına son vida: Tabutun yanında tək oturdu və …backend

Duqindən qızına son vida: Tabutun yanında tək oturdu və …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin sui-qəsdə qurban gedən qızı ilə vidalaşıb.

NOCOMMENT.az bildirir ki, bu gün Darya Duqinanın dəfn mərasimi keçirilib. Mərasimə qatılan ata tabutun yanında tək oturub və heç kimlə danışmayıb.

Digər tərəfdən “Ukrayna işğalının mənəvi atası” olaraq bilinən Duqin ötən günkü açıqlamasında bu ifadələrə yer verib:

“Hamımıza məlum olduğu kimi, Ukrayna rejimi qızımı Moskvadakı ənənəvi festivaldan qayıdarkən gözlərimin önündə vəhşi partlayışla öldürdü. O, dərin fikirlərində həmişə hörmətli və təmkinli olub. Rusiyanın düşmənləri onu məkrli şəkildə öldürdülər. Bu cür dözülməz zərbələr bizi, xalqımızı qıra bilməyəcək. Onlar bizim ən zəiflərimizə qarşı qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirdilər, amma bacarmayacaqlar”.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın ölümü ilə bağlı məlumat yayıb. Məlumata əsasən, guya, jurnalistin ölümü Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib və D.Duqinanın yaşadığı binada mənzil kirayələyib. Vovk qətli törədəndən sonra – 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib.
Sfera