Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan bu gün, sentyabrın 20-də şəxsi iqamətgahında Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, görüşdə Ermənistanda və Qarabağda hökm sürən vəziyyət və onlardan irəli gələn gələcək tədbirlər haqqında fikir mübadiləsi aparıldığı bildirilir.
Qeyd edək ki, Levon Ter-Petrosyan dünən öz evində bütün ermənilərin katolikosu II Qaregini qəbul etmişdi.