KoronaVirus İnformasiya Portalı
A.SARKİSYAN: “Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir”backend

A.SARKİSYAN: “Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanda 27 oktyabr 1999-cu ildə ölkə parlamentində törədilmiş terror aktının qurbanlarının xatirəsi yad edilir.

NOCOMMENT.az Virtualaz.org-a istinadən bildirir ki, 21 il bundan əvvəl “Hökumət saatı” vaxtı beş silahlı şəxs parlamentin iclas zalına soxulmuş, deputatlara və hökumət üzvlərinə atəş açmışdı. Səkkiz nəfər terror aktının qurbanı olmuşdu: Milli Məclisin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarqsyan, MŞ sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikayıl Kotanyan, Henrix Abramyan, Armenak Armenakyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan.

“Bu cinayət Qarabağ məsələsinə görə törədilib”, – deyə “panorama.am”  Ermənistanın qətlə yetirilmiş baş naziri Vazgen Sarqsyanın qardaşı Aram Sarqsyandan sitat gətirib.

Onun sözlərinə görə, aydın idi ki, o vaxt Ermənistan ayağa qalxmışdı. Qardaşının qətlindən dərhal sonra Ermənistan hökumətinin başçısı postunu tutan Aram Sarqsyan hesab edir ki, cəbhədəki hazırkı məğlubiyyət Ermənistanın terror aktına görə cəzalandırılmasıdır: “Çox güman ki, müharibə bizim bu günahımız ucbatından bitmir. Biz Allah qarşısında günah işlətmişik, özümüz özümüzün əleyhinəyik, ona görə də müharibə qurtarmır. Biz bu məsələyə nöqtə qoymağı bacarmalıyıq. Bu problemi daim növbəti nəslə ötürmək düzgün deyil.

Bildiyimə görə, müharibə həqiqətən müəyyən müddət davam edəcək və belə şəraitində yaşamağı öyrənmək lazımdır, bu dövr üçün müvafiq strukturlar yaradılmalıdır”.