AB sammiti öncəsi Ukraynada hava hücumu xəbərdarlığıbackend

AB sammiti öncəsi Ukraynada hava hücumu xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Ukrayna administrasiyası və Aİ nümayəndələrini bir araya gətirəcək Avropa İttifaqı Sammitinin keçirilməsi planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, sammitdən əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı edilib.

Məlumata görə Avropa Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin ali nümayəndəsi Cozep Borrell sammit üçün Kiyevdədir.

Sammitdə Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalarının müzakirə ediləcəyi gözlənilir.

“TRT Haber”-in məlumatına görə, diplomatik təmaslara hazırlıq davam edərkən,

Kiyev və Ukraynada hücum xəbərdarlığı edilib. Əl-Cəzirə müxbiri Nataça Butler sammit çərçivəsində Ukraynanın AB-yə üzvlük prosesinin də müzakirə olunacağını bildirib.