AB tarixində ən böyük cərimə: Polşa 550 milyondan çox cərimələndibackend

AB tarixində ən böyük cərimə: Polşa 550 milyondan çox cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Ədalət Məhkəməsi Polşanın 2019-cu ildə apardığı məhkəmə islahatları ilə Avropa İttifaqının (Aİ) qanunlarını pozduğuna qərar verib.

NOCOMMENT.az xəbər verir ki, Polşa həmçinin AİH-nin Polşa Ali Məhkəməsinin İntizam Şurasının fəaliyyətini iş həll olunana qədər dərhal dayandırmaq barədə qərarını yerinə yetirmədiyi üçün Aİ tarixində ən böyük məbləğ olan 556 milyon avro məbləğində cərimələnib.

Məhkəmədən verilən açıqlamada, “Aİ hüququnun aliliyinin Aİ-nin şəxsiyyətinin tərkib hissəsi olduğu” vurğulanaraq, Aİ qanunvericiliyinin üzv ölkələr üçün məcburi olduğu və Polşanın öz öhdəliklərini yerinə yetirmədiyi bildirilib.

Aİ Polşa hökumətini xüsusilə hakimlər üçün intizam mexanizmi yaratmaqda, bununla da hakimlərə təsir etməkdə və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməkdə ittiham edir.

NOCOMMENT.AZ