Abad şəhərin bərbad səkiləri – FOTObackend

Abad şəhərin bərbad səkiləri – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində şəhərdə prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

NOCOMMENT.az xəbər verir ki, son 4 il ərzində Sumqayıt şəhərində ümumilikdə 40-a yaxın prospekt və küçə asfalt örtüyü ilə döşənilib. Mövcud yolların təmir olunması ilə yanaşı yeni yollar da salınıb.

Hazırda şəhərdaxili küçə və yolların yeni asfalt örtüyünün salınması işləri aparılsa da şəhərin ən böyük məhəllələrindən biri hesab olunan “Birləşmiş Məhəllə” və “Xəzər Bağları” yaşayış massivinin ara yolları və piyada səkiləri heç də ürək açan vəziyyətdə deyil.

Qeyd edək ki, “Birləşmiş Məhəllə”də asfalt örtüyünün çəkilməsi işləri təqribən 2 il öncə aparılmışdı.
Xatırladaq ki, inkişaf etmiş bir sıra ölkələrdə piyada səkiləri tamet daşlarla örtülür ki, bu da estetik gözəllik ilə yanaşı, həm də uzun ömürlülük baxımından da sərfəlidir.