ABB-nin vaxtı keçmiş kreditləri 232 milyonu keçdi – 33 faizlik artım…backend

ABB-nin vaxtı keçmiş kreditləri 232 milyonu keçdi – 33 faizlik artım…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) vaxtı keçmiş kreditlərin həcmi 232 milyon 13 min manat təşkil edib.

NOCOMMENT.az bankın hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 33% və ya 57 milyon 571 min manat çoxdur.

Belə ki, 2023-cü ildə ABB-nin vaxtı keçmiş kreditlərinin həcmi 174 milyon 442 min manat olub.

Ötən il ərzində ABB 6 milyard 350 milyon 800 min manat kredit verib ki, bu da 2023-cü illə müqayisədə 25,7% və ya 1 milyard 302 milyon 29 min manat çoxdur. 2023-cü ildə cəmi kredit portfelinin həcmi 5 milyard 48 milyon 771 min manat olmuşdur.\\Valyuta.az