Abbas: Fələstin Rusiyanı Yaxın Şərq nizamlanmasından kənarlaşdırmaq cəhdlərinin əleyhinədirbackend

Abbas: Fələstin Rusiyanı Yaxın Şərq nizamlanmasından kənarlaşdırmaq cəhdlərinin əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanma prosesindən kənarda qalmasına razı olmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbas TASS-a müsahibəsində bildirib.

“Amerika həmişə Rusiyanı bu prosesdən kənarlaşdırmaq istəyib. “Biz heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanması üçün hər hansı formatdan kənarda qalmasını qəbul etmirik”, – o deyib.

Abbas Moskvanın beynəlxalq hüquqa əsaslanan bu məsələdə həqiqətən ədalətli mövqe tutduğunu vurğulayıb.