Fələstin heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanma prosesindən kənarda qalmasına razı olmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbas TASS-a müsahibəsində bildirib.
“Amerika həmişə Rusiyanı bu prosesdən kənarlaşdırmaq istəyib. “Biz heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanması üçün hər hansı formatdan kənarda qalmasını qəbul etmirik”, – o deyib.
Abbas Moskvanın beynəlxalq hüquqa əsaslanan bu məsələdə həqiqətən ədalətli mövqe tutduğunu vurğulayıb.