Abbas İsraili dayandırmaq üçün bütün səviyyələrdə səy göstərəcəyini deyirbackend

Abbas İsraili dayandırmaq üçün bütün səviyyələrdə səy göstərəcəyini deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin prezidenti Mahmud Abbas bütün səviyyələrdə siyasi səylərini davam etdirəcəyini, o cümlədən BMT Təhlükəsizlik Şurasına, Ərəb Liqasına (LAS) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) İsrailin Qəzza zolağında hərbi əməliyyatını genişləndirmək planlarını dayandırmaq üçün müraciət edəcəyini bildirib.

NOCOMMENT.az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə İordaniya kralı II Abdullah ilə telefon danışığında bildirib.

“Prezident bütün səviyyələrdə siyasi fəaliyyətlərini davam etdirəcəyini, o cümlədən beynəlxalq və regional dəstəyin cəlb edilməsi üçün BMT Təhlükəsizlik Şurasına, Ərəb Liqasına və İƏT-ə müraciət edəcəyini təsdiqləyib”, – Abbasın ofisi WAFA xəbər agentliyinin yaydığı bəyanatda bildirib.