Abdullahian Pakistana səfər edəcəkbackend

Abdullahian Pakistana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran və Pakistan Xarici İşlər nazirliklərinin birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutacaq. Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, Xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki tərəf iki ölkənin səfirlərinin yanvarın 26-na qədər öz iş yerlərinə qayıtmaları barədə razılığa gəliblər.