Abdullayev danışdı: AYB-də sədr bu şəxs olacaqbackend

Abdullayev danışdı: AYB-də sədr bu şəxs olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənim Azərbaycan Yazıçılar Birliyinə (AYB) sədr seçiləcəyim barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

NOCOMMENT xəbər verir ki, bu sözləri kult-a açıqlamasında xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Bizim bir namizədimiz var, o da Anar müəllimdir. Onunla artıq 34 ildir ki, birlikdə çalışıram. Mən onun oğlu yerindəyəm. Namizədliyimi necə irəli sürə bilərəm? Anar olan yerdə mən heç vaxt belə şey etmərəm. Səsimi də Anara verəcəm”, –  deyə Abdullayev bildirib.

Millət vəkili, yazıçı Aqil Abbas da birmənalı şəkildə AYB-yə namizəd olaraq Anar Rzayevi dəstəklədiyini deyib: “Mən namizəd olaraq yalnız Anarı görürəm və səsimi də ona verəcəm”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.