Abel Məhərrəmov, anti-islahat “çubuğu”…backend

Abel Məhərrəmov, anti-islahat “çubuğu”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…Yaxşı xatırlayıram, BDU-dan işdən çıxarılan akademik Abel Məhərrəmov son dərəcə ağır vəziyyətdə idi. O qədər ağır ki, onu vəziyyətdən ancaq ölkənin birinci adamı çıxara bilərdi. Əks halda, indi Abel müəllim məhbəsdə, diplomat oğlu Bakıda ola bilərdi. Hələ bəlkə Məhərrəmovların çaxır imperiyası da çökmüşdü. Üstəlik inşaat şirkətləri, şadlıq sarayları, onlarla digər biznes strukturları da. Olmadı! Niyə? Çünki Prezidentin yanında sözü keçənlər, hesabat verənlər, məruzə edənlər, vəziyyəti başqa formatda təqdim elədi. Daha dəqiqi akademiki, biznesini, oğlunu Prezidentin və dövlətin kəsə biləcəyi cəzadan qorudular.

Kim? Onun ölkədə hamıdan böyük saydığı, Ramiz Mehtiyev. Bu böyüklüyü etiraf edən və ona bu fikirləri yazıb, kitabını xatirə yollayan, mandat uman, təəssüf ki, hələ də ciddi dairələrin stavka etdiyi adamlar var ölkədə.
Bu da bir cür ağrılı məsələdir. Məmur xalq, dövlət yox, fərdi maraqlara görə davranır. Biz bu xətti dəyişə, islah edə bilmirik. Hərə özünə plan qurur. Beləcə, klanlar, qruplar formalaşır, artır, böyüyür. Heç kəs fərqində olmur, dövlət batırılır. Biz sağala, canımızı qurtara bilmirik. Nə deyirsiniz, daha iyirmi il də sizimi gözləyək bəylər?..

…Bu məqama, siyasi ənənə məsələsinə, sonda bir də qayıdacağam, indi dönək BDU-dakı o akademik plana. Niyə Məhərəmovu qorudular?

Bu yazı üçün şəkil axtaranda yadıma bir kadr düşdü. BDU-da keçirilən tədbirdə Prezidentin bir tərəfində yeni, o biri tərədində eks rektorun dayandığı, hər ikisinin də əlindən tutduğu kadr. Əslində bu keçmişə sayğı göstərib, gələcəyə ümidvar olmaq idi. Əminəm o kadr alınsın deyə Prezidentə vəziyyət təxminən belə məruzə olunmuşdu:

– Illərdir işləyir, çalışır, özünü də, övladını da bağışlayın, yaşlı adamdır, ona bu dəfə şans verin.
Bu R.Mehtiyevin işi idi. Bəs niyə xilas olunurdu A.Məhərrəmov?O, R.Mehtiyevə Prezidentin islahat planlarına qarşı çıxmaq üçün lazım idi. R.Mehtiyev Təhsil Nazirliyində M.Cabbarovun rəhbərliyində yer alan komandanın prespektivini yaxşı bilirdi. O üzdən hər kəsi kənara qoyub, ən böyük açıq savaşını Təhsil Nazirliyində aparırdı.
Məsələn, icra aparatı rayon icra hakimiyyətlərinin tabeçiliyində olan təhsil şöbələrindən imtina edib, bu yerli qurumları Təhsil Nazirliyinə verməmək üçün ciddi, ölkə səviyyəsində məişət problemlərinə yönəlik skandallı məlumatları tirajlayırdı. Təhsil prioritetdir, milli stratejidir. Yəni strateji əhəmiyyətli bir dövlət qurumunu düşünülmüş şəkildə gözdən salırdılar.Yəni ölkə təhsilinin bərbad hala düşməsi üçün alt yapını işləyirdilər. Buna görə xeyli yerli icra orqanları, təhsil şöbələri, hətta məktəb direktorları nazirliklə sözün həqiqi mənasında “döyüşürdü”. Hansı ki, bu gün həbs edilən başçılar sırasında məhz o icra orqanı rəhbərləri durur.

***
Xatırlayırsınızsa, həmin dönəm məktəblərdə baş verən irili-xırdalı bütün olayla medianın gündəmi olurdu. Nazirliklə bağlı aksiyalar təşkil edilirdi. Üstəlik guya ölkə təhsilinə sahib çıxa bilməyən dövlət başçısı, ictimai qınaq obyekti olurdu. Yəni təhsil məsələsi sosial problemlərlə eyniləşdirilirdi. Və sosial partlayışın ən güclü elementi kimi gündəm olurdu. Hətta bu mövzular mühacir və söyüş mediasında işıqlanırdı. Indi diqqət etsəniz sabitlikdir.
***

Daha bir epizod. Təhsil şöbələri qovğasında, büdcəsi talan edilən bağçalar məsələsi gündəm oldu. Təhsil şöbələrini tələb edən TN-ə, bağçalar təklif edildi. Nazirlik, bağçaları geri təhvil almadı. Niyə? Çünki çoxlu sayda adı olan, özü olmayan bağçalar var idi, büdcəsi talanmışdı. Üstəlik onlarla təmirsiz dövlət bağçaları mövcud idi. Və məktəb problemləri ilə başı qarışmış nazirlik, gələcəkdə onu hədəf edəcək strukturu, bağçaları qətiyyən geri götürə bilməzdi.
***

Sonra TN-nin qərarlarını birmənalı qulaq ardına vuran ali məktəb müəssisələri ortaya çıxdı. Nazirlik onlardan cəmi birini, Iqtisad Universitetini yüksək səviyyədə xilas edə bildi. Hətta Təfəkkür Universitetinin lisenziyasını uzun məhkəmə prosesindən sonra ləğv etdilər. A.Məhərəmov məhz bu qovğada R.Mehtiyevə lazım idi. BDU, ölkənin ən böyük təhsil ocağında nazirliyin qərarları qulaqardına vururdu. Çox böyük çətinliklə, BDU-da təhsillə bağlı hansısa layihəni reallaşdıra bilirdilər. Rəhbərlik etdiyi ali təhsil ocağında Prezident təqaüdçülərinin necə müəyyənləşməsi, müəmmalı iki xanım işçi olayı, ilə yanaşı Abel Məhərrəmov həm də dövlət başçısından gələn tapşırıqlara əməl etmirdi.

Məsələn, universitetdən siyasi fəaliyyəti ilə bağlı uzaqlaşmış, R.Mehtiyevin planlarına uymadığı üçün ciddi cəza alan birini işə geri qaytarmaq göstərişinə, bir müddət sonra yuxarı məsləhət bilmədi, gəl ərizəni yaz, yoxsa səni maddə ilə qovacağam, hədəsini yəqin kimə etdiyini xatırlayar A.Məhərəmov.
Bəlli toy ortaya çıxardı ki, A.Məhərrəmovun yuxarı bildiyi şəxs ölkə başçısı yox, R.Mehtiyev imiş. Yəni TN ilə skandallarında da məhz onun tapşırıqlarını icra edirmiş. Yəni dolayısı ilə dövlətin və Prezidentin islahatına qarşı çıxanlardan biri də A.Məhərrəmov idi. Bu dövləti cinayətdir. Rüşvətdən də, korrupsiyadan da, şəxsi biznesdən də ağır söhbətdir. Təklif edirəm, A.Məhərəmovun söyüş mediası, müxalif və mühacir mediası, ilə əlaqəsi aidiyyatı qurumlar tərəfindən ciddi araşdırılsın.
***

…Qayıdaq yuxarıda qeyd etdiyim siyasi ənənə məsələsinə. Bu gün eyni tendensiyadır. Tovuz döyüşlərindən ombutsmanın şəkilləri tirajlanır. Onu müdafiə edirlər. Olsun, Səbinə xanım və valideynləri haqda çox adam müsbət danışır. Düzü simaca mənfi insan tipi də deyil. Hətta yayılan toy kadrlarında qadının narahatlığı üz cizgilərindən hiss olunur. Ancaq Yaşar müəllim kimi diplomatın qızı, illər uzunu anlamayıbsa ki, yaxşı eləmişəm, mən kişiyəm, əcəb eləmişəm deyən müəllim, onun həyat yoldaşı, YAP yetkilisi, deputat Səyavuş Novruzov siyasətçi deyil və onun aldığı siyasi yüklü qərarı ailəsi də olsa azından müzakirə etməli idi, bu böyük yalnışdır. Ən azından toydan sonrakı çıxışlara mane olmaq gərək idi. Odur ki, bütün sayğılarıma paralel, bu xilasdan da bir bumeranq gözləyirəm. Dövlətə və xalqa gələcək bumeranq. Xalq bu oyunda yeganə günahsız qurbandır.

Odur ki, kimlərisə istefaya göndərməyə paralel dövlət baba, həm də bu ənənənin kökünə balta vurmalıdır deyə düşünürəm. Əks halda, hazır ol Azərbaycan, sən təcrübə poleqonusan, möhkəm dayan, amma sınma, ağlama, əyilmə, lütfən, salamat qal! Təzə mehtiyevlərin mübarək deməkdən başqa yolumuz qalmayacaq.
***
Bu arada Səyavuş Novruzov YAP-dakı vəzifəsindən getdi. R.Mehtiyev erası bitdi. Qaldı S.Məhərrəmov çaxır imperiyası və oğlunun diplomatik “xidmətini” üzə çıxarmaq.

Jalə Mütəllimova
24.08.2020.