Abel Məhərrəmov danışdı: Jurnalistlər pul məsələləri ilə məşğul olmasınlarbackend

Abel Məhərrəmov danışdı: Jurnalistlər pul məsələləri ilə məşğul olmasınlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün bir sıra saytlarda Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA-nın üzvü Abel Məhərrəmovun məhkəməyə verildiyi və qərar çıxarılan məhkəmə işi üzrə sabiq rektorun Yasamal Rayon Məhkəməsinin qərarı ilə villasında və obyektlərində işlətdiyi fəhlələrə ümumilikdə 800 min manat vəsaitin ödəməsi il bağlı qərarın elan olunduğu bildirilmişdi.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı manset.az-a açıqlama verən sabiq rektor bu barədə sərt reaksiya verərək jurnalistləri pul işlərinə qarışmamağa çağırıb: “Bu barədə mənimlə söhbət eləməyin. Səhv, saxta informasiyalarla məşğul olursunuz. Mənim məhkəmə məsələmin jurnalistlərə nə dəxli var. Jurnalistlər gedib öz işləri ilə məşğul olsunlar. Pul məsələləri ilə məşğul olmasınlar”.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsində İsimxan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhhərrəmovun Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villası üçün gördürdüyü işlərə, həmçinin sabiq rektorun özünəməxsus “Mona Liza” şadlıq sarayında gördürdüyü işlərə, Şərifzadə küçəsindəki “Qlobus” bağçasında mebellərin və çarpayıların yığılmasına görə, bundan başqa Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində yerləşən “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində aparılan təmir, üzləmə işlərinə və daha bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min manatdan artıq pul iddiası irəli sürülüb. Keçirilən məhkəmədə iddia təmin olunub.