Abenin qatilindən sui-qəsd etirafıbackend

Abenin qatilindən sui-qəsd etirafı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili cinayəti 1 il əvvəl həyata keçirməyə qərar verdiyi açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o, dağlıq rayonlarda atış məşqləri edərək sui-qəsd etməyə hazırlaşırmış.

İlk etapda əl istehsalı partlayıcı istehsal edərək Abeyə hücum etməyi planlaşdırdığını deyən Yaponiya Özünümüdafiə Qüvvələrinin keçmiş əməkdaşı Tetsuya Yamaqaminin daha sonra fikrini dəyişərək silah istehsalını öyrəndiyi bildirilib.

Silah düzəltməyi video paylaşma saytlarından öyrəndiyini etiraf edən şübhəlinin internetdən boş patron və barıt sifariş etdiyi qeyd edilib.