Abid Qafarov həbs edildibackend

Abid Qafarov həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü ictimai fəal kimi təqdim edən Abid Qafarov həbs edilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində bir qrup qazi tərəfindən onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmənin qərarı ilə, Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A.Qafarov məhkəmə zalında həbs edilərək birbaşa cəzaçəkmə müəssisəsinə aparılıb.

Qeyd edək ki, Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu.

O, 2020-ci ildə deputatlığa namizəd olub.

Abid Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi.