Abid Şərifovun “Evrascon”u ilə təmizlik şirkəti arasında qalmaqalbackend

Abid Şərifovun “Evrascon”u ilə təmizlik şirkəti arasında qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avro-Asiya İnşaat Korporasiyası” Evrascon” ASC “Clean City Company” MMC-ni məhkəməyə verib.

NOCOMMENT.az xəbər verir ki, ASC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.

İş hakim Kənan Hüseynovun icraatındadır.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Təfərrüatlar barədə bilgi yoxdur.

“Evrascon” şirkəri Azərbaycanın ən iri inşaat şirkətlərindən biri hesab olunur. Şirkət təkcə Azərbaycanda deyil, xaricdə iri layihələrin icrasını həyata keçirir.

“Evrascon” ASC-nin baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu bildirilir. Onun biznesi haqqında mediada dərc edilən araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.

Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.

“Clean City Company” MMC isə təmizlik xidməti göstərən şirkətdir.