Abituriyent DİM-in səhvinə görə imtahanda iştirak etməyib? – RƏSMİbackend

Abituriyent DİM-in səhvinə görə imtahanda iştirak etməyib? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərə imtahana buraxılış vərəqəsinin çap edilməsi ilə bağlı xatırlatma SMS-ində texniki səhvə yol verdiyini qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, iddiaya görə, imtahanda iştirak edəcək abituriyentlərin mobil telefonuna göndərilən xəbərdarlıqda imtahan tarixi 2022-ci il əvəzinə 2021-ci il qeyd olunub.

Kamran Əsədov vurğulayıb ki, bu səbəbdən abituriyent imtahana girə bilməyib. “Dövlət İmtahan Mərkəzi, bizdə 2022-ci ildir. Göndərdiyiniz SMS bildirişdə 2021-ci il qeyd etmisiniz. Bilirsiniz nə olub? Abituriyent elə bilib ki, köhnə mesajdır və imtahanda iştirak etməyib. Abituriyent cavabında 1 rəqəm səhvi edəndə nə olur? Səhv cavablar düzgün cavaba təsir göstərir…” – ekspert qeyd edib.

Məsələ ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin mövqeyini öyrəndik. DİM-dən bildirib ki, imtahanda iştirak etmək istəyən abituriyentlər əvvəlcədən qeydiyyatdan keçir və 1 həftə-10 gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap edib imtahana gedir: “Məsələ bu qədər sadədir. SMS buraxılış vərəqəsini vaxtında çap etməyənlər üçün xatırlatma məqsədilə göndərilir və orada da vərəqi çap etmək üçün link yerləşdirilib. Kimlər imtahana getmək istəyir linkə daxil olub buraxılış vərəqəsini çap edir, iştirak etmək istəməyənlər üçün isə bu sadəcə bir bəhanə ola bilər”.