“Abituriyent” jurnalının məsul katibi vəfat edibbackend

“Abituriyent” jurnalının məsul katibi vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış alim, pedaqoq Hikmət Kazımov 72 yaşında vəfat edib.

Bu barədə NOCOMMENT.az -a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Hikmət Kazımov dünən vəfat edib.

“Hikmət Hüseyn oğlu Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Onun “Abituriyent” jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olub və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib”, – məlumatda vurğulanıb.