Abovyan: Paşinyan de-fakto ölkəni idarə etmirbackend

Abovyan: Paşinyan de-fakto ölkəni idarə etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədəki milli utanc və kollapsa görə cavabdeh Nikol Paşinyandır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının deputatı Arman Abovyan deyib.

Onun sözlərinə görə, ölkənin əsas güc adamları Paşinyanın azərbaycanyönlü, türkyönlü əmrlərini icra etməkdən imtina etdikləri üçün istefaya gedirlər: “Ermənistanda baş verənləri başqa cür xarakterizə etmək mümkün deyil. Nikol Paşinyan de-fakto ölkəni idarə etmir. Bütün məsələ onun ölkədə faktiki mövcud olmamasını hüquqi rəsmiləşdirməkdir”.