Abramoviçə daha bir “AĞIR ZƏRBƏ”backend

Abramoviçə daha bir “AĞIR ZƏRBƏ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cersi Kral Məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçlin 7 milyard dollar məbləğində aktivlərinin dondurulması ilə bağlı qərar verib. Polis milyarderin əmlakında da axtarış aparır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rusiyalı milyarder Abramoviç Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Böyük Britaniya və Avropa İttifaqının sanksiya siyahısına salınıb. O vaxtdan bəri hökumətlər yaxtaları və digər dəbdəbəli əşyaları müsadirə etmək, habelə aktivləri dondurmaq üçün addımlar atıblar.

Çərşənbə axşamı Cersi polisi Abramoviçin biznes fəaliyyəti ilə bağlı binalarda axtarış aparıb.

“Kral Məhkəməsi aprelin 12-də dəyəri 7 milyard dollardan çox olduğu güman edilən, cənab Abramoviçlə əlaqəli olduğu və Cersidə yerləşən və ya Cersidə qeydiyyatdan keçmiş hüquqi şəxslərə məxsus olduğu güman edilən aktivlərin dondurulması barədə rəsmi qərar çıxarıb., – məlumatda deyilir.

Bundan əvvəl Karib hövzəsindəki Antiqua və Barbuda ölkəsi Abramoviçə məxsus yaxtaların tutulması üçün Britaniyaya kömək etməyə hazır olduğunu bildirib. Abramoviçlə əlaqəli, təxminən 1,2 milyard dollar dəyərində olan superyaxtalar da Türkiyənin cənub-qərbində dayanıb.

Sanksiyalardan əvvəl Abramoviç “Çelsi”ni satmağa çalışsa da, Britaniya hökuməti prosesi dayandırıb.

Ukrayna prezidenti Vladimir Zelenski Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib. Çünki o, Kiyev və Moskva arasında sülh danışıqlarına kömək edə bilər.

Hazırda oliqarx çətin vəziyyətdə qalıb. O, sanksiyalara görə Hollivud və Amerikanın nüfuzlu dostlarından borc pul götürməyə məcbur olur .
Publika.az