Abramyan: Bakı Kremllə bunu müzakirə edirsə…backend

Abramyan: Bakı Kremllə bunu müzakirə edirsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Azərbaycan Qarabağda rus sülhməramlılarının mandatı ilə əlaqəli əlavə hüquqi mexanizmləri həqiqətən müzakirə edirlərsə, bu o deməkdir ki, Ermənistan mərhələli olaraq Qarabağla bağlı proseslərdən çıxarılacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

“Azərbaycanın hədəfi odur ki, Ermənistan Qarabağla bağlı məsələlərdə oyundan çıxsın və proses Rusiya-Azərbaycan ikitərəfli formatında davam etsin”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Rusiyanın Qarabağda sülhməramlıların mandatıyla bağlı əlavə hüquqi mexanizmləri müzakirə etdiyini bəyan etmişdi.