Abramyan: Paşinyan günah keçisi axtarırbackend

Abramyan: Paşinyan günah keçisi axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və “Artsax”la bağlı yaranmış çətin vəziyyət şəraitində Ermənistan hökuməti “səciyyəvi” işi ilə mövcud və gözlənilən ağır itkiləri bu və ya digərinin üzərinə yıxmaq üçün müstəsna olaraq bir istiqamətdə işləyir”.

NOCOMMENT “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz profilində yazıb.

“Bu mərhələdə isə günah keçisi “Artsaxın prezidenti” Araik Arutyunyan, uzunmüddətli perspektivdə isə kollektiv şəkildə “Artsax xalqı” olacaq.

Düzdür, ənənəvi xətt qorunub saxlanılır: “hər şeydə ruslar günahkardır”, amma Araik Arutyunyanın obrazı məsuliyyət daşımaq üçün idealdır. Nəzərə alsaq ki, həqiqətən də Arutyunyanın çoxlu sayda məsələlərdə böyük məsuliyyət payı var.

Yeri gəlmişkən, müharibənin acı nəticələrini ört-basdır etmək əməliyyatında Araikin “qurban” kimi öz stabil yeri olacaq, sadəcə olaraq, onun növbəsi hələ çatmayıb, sırada hələ çoxlu əsgər və zabitlərimiz var”./yenisabah